NATO-nun Baş katibi hərəkətə keçdi

NATO-nun baş katibi, Kanada və İspaniyanın baş nazirləri vəziyyəti müzakirə etmək üçün Latviyaya gələcəklər

Latviya Dövlət Kanslerinin məlumatına görə, danışıqlar zamanı Avropadakı təhlükəsizlik vəziyyəti müzakirə olunacaq.
NATO-nun baş katibi Yens Stoltenberq, Kanada və İspaniyanın baş nazirləri Castin Trüdo və Pedro Sançes Baltikyanı ölkələrin hökumət başçıları ilə təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün çərşənbə axşamı Latviyaya gələcəklər. Bu barədə bazar ertəsi Latviya Dövlət Kansleri məlumat yayıb.

“Danışıqlar zamanı Avropadakı təhlükəsizlik vəziyyəti müzakirə olunacaq”, – məlumatda deyilir. Kanadanın Baş nazirinin Litva və Estoniya hökumət başçıları İnqrida Simonyte və Kayja Kallasın iştirakı ilə videokonfrans formatında söhbəti planlaşdırılır.

Qonaqlar 2017-ci ildən Kanadanın komandanlıq etdiyi birləşmiş irəli əsaslı NATO batalyonunun yerləşdirildiyi Adazidəki hərbi bazaya baş çəkəcəklər. Ottava və Madriddə onlar bildiriblər ki, təhlükəsizlik vəziyyətinin gərginləşməsini nəzərə alaraq, onun tərkibinə əlavə qüvvələr göndərəcəklər.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button