'Mustafa Kamal Atatürk-2023' birgə təlimi başlayıb

Bu gün, oktyabrın 23-də Azərbaycan və Türkiyə silahlı qüvvələrinin iştirakı ilə “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin (AMN) məlumatına görə, təlim Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla, ölkələrinin müxtəlif istiqamətlərində keçiriləcək: “Ümumilikdə 3 minədək şəxsi heyət, 130 zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya, uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub”.

Təlim Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button