
Müsəlman Birliyi Hərəkatının fəalı saxlanılıb
Razi Hümbətov...
İyulun 7-də Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov Abşeron rayonunun Ceyranbatan qəsəbəsində saxlanılaraq naməlum istiqamətə aparılıb. Onu saxlayanlar 4-5 nəfər mülki geyimli şəxs olub. Bu barədə məlumatı Müsəlman Birliyi Hərəkatı yayıb.
Hümbətovun sosial şəbəkələrdə tənqidi statuslarına görə saxlanıldığı güman edilir.
Rəsmi qurumlar Razi Hümbətovun hansı səbəbədən və hansı orqan tərəfindən saxlanılması barədə hələ məlumat yaymayıb.



