Mühafizə əməkdaşları etiraz aksiyası keçirib

İyunun 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Təhlükəsizlik İdarəsinin mühafizə xidmətinin əməkdaşları etiraz aksiyası keçirib.

“Turan”ın xəbərinə görə, Heydər Əliyev adına Neft Emalı Zavodunda xidmət edən həmin şəxslərin bildirməsinə görə, onları SOCAR-ın tabeliyindən çıxarıb özəl GESCO şirkətinə vermək istəyirlər.

“Bizi inandırmağa çalışırlar ki, siz razılıq verin, sizin bütün indiki şəraitiniz, maaşınız qüvvədə qalacaq. Amma biz inanmırıq”, – özünü Təhlükəsizlik İdarəsinin 31 saylı komandasının əməkdaşı kimi təqdim edən şəxs vurğulayıb.

GESCO şirkətinin nümayəndəsi isə bildirib ki, işçilərə bütün əməkdaşların hüquqlarının tam saxlanılacağı barədə məlumat verilib: “Əmək haqları da, sosial sığortaları da saxlanılacaq”.

Aksiya insidentsiz başa çatıb.

Məsələ ilə bağlı, hələlik, SOCAR və başqa aidiyyəti qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button