Müdafiə Nazirliyi Qarabağda lokal hərbi əməliyyata başladığını açıqladı (yenilənib)

Qurum Ermənistanın silahlı qüvvələrini ərazidən çıxarmaq istədiyini bildirir

Müdafiə Nazirliyi Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb. Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Qurum bunu antiterror əməliyyatı adlandırır.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır”, – məlumatda deyilir.

Erməni mənbələri Xankəndidə (Stepanakert) həyəcan siqnalının verildiyini deyirlər. Sentyabrın 18-də axşam saatlarından etibarən Qarabağdan müəmmalı ölüm xəbərləri gəlir. Polislərin, hərbçilərin minaya, yol qəzasına düşdüyü bildirilir.

Bu canlı bloq sona çatdı.

Hələ heç bir bloq postu yoxdur.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button