
Müdafiə nazirinin ABŞ-a işgüzar səfəri başladı
Avqustun 2-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Amerika Birləşmiş Ştatlarına səfəri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, işgüzar səfər çərçivəsində Azərbaycan müdafiə nazirinin ABŞ-ın bir sıra səlahiyyətliləri ilə görüşləri planlaşdırılır.




