Mübariz Rzayev vəzifəsindən azad olundu

Üçüncü Ordu Korpusunun komandanı ehtiyata buraxıldı

Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusunun komandanı general-mayor Mübariz Rzayev vəzifəsindən azad olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”a hərbi mənbələrdən məlumat verilib.

General-mayor öz istəyi ilə ordu sıralarından ehtiyata buraxılıb.

Qeyd edək ki, M.Rzayev Vətən müharibəsinin komandanlarından biri olub, Cəbrayıl, Xocavənd, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib.

Üçüncü Ordu Korpusunun komandanı ehtiyata buraxıldı

M.Rzayev 44 günlük Vətən müharibəsində şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

O, 2021-ci il martında Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusunun komandanı təyin olunmuşdu.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button