MSK: İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb

Yayımlandı: 30 Dekabr 2023 20:40

Namizəd Səfərovun namizədliyinin irəli sürülməsi də təsdiq olunub

Mərkəzi Seçki Komissiyasının (MSK) hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyini qeydə aldığı bildirilir.

Bu barədə dekabrın 30-da komissiyanın iclasında qərar qəbul edilib.

Eyni zamanda, komissiyanın iclasında fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində namizədliyi özü tərəfindən irəli sürülmüş Namizəd Səfərovun namizədliyinin irəli sürülməsi də təsdiq olunub.

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Bu günə qədər ölkə başçısı İlham Əliyev, deputatlar Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Fuad Əliyev, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürüblər.

Prezidentliyə namizədliyini verən deputatların hər biri hakimiyyətyönümlü partiyanın sədridir.

Digər namizədlər də hakimiyyətə yaxınlığı ilə tanınır.

AXCP, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları isə seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib. Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button