
Moldova səfiri: “Heydər Əliyevin arzusu gerçəkləşdi – Azərbaycan torpaqları geri qayıtdı!”
Mərhum prezident Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun müsahibəsi və səfirliyimizdə keçirilən müvafiq tədbir Moldova mətbuatında rumın və rus dillərində geniş işıqlandırılıb.
Səfir müsahibəsində bildirib ki, ölkəmizin Moldova Respublikası da daxil olmaqla dünyanın müxtəlif yerlərindəki diplomatik nümayəndəlikləri hər il 12 dekabrda unudulmaz liderin xatirəsini ehtiramla yad edirlər.
Eyni zamanda, səfir müsahibədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən söhbət açıb, Prezident İlham Əliyev tərəfindən atasının yolunun uğurla davam etdirildiyini qeyd edib. “Ötən il isə Heydər Əliyevin ən əziz arzusu gerçəkləşdi – Azərbaycan torpaqlarını geri qaytardı, Azərbaycan bayrağı bu gün Şuşanın, Qarabağın üzərində dalğalanır! Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, siyasəti yaşayır, fəlsəfəsi, azərbaycançılıq fəlsəfəsi, ideologiyası yaşayır, onun yaratdığı müasir Azərbaycan yaşayır və inkişaf edir. Böyük siyasətçinin xatirəsi azərbaycanlıların qəlbində əbədi qalacaq”, – deyə Azərbaycanın səfiri Qüdsi Osmanov bildirib.

Bundan əlavə, 12 dekabr tarixində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar, ölkəmizin Moldovadakı Səfirliyinin qarşısındakı bağçada ucadılmış ulu öndərin büstü önünə gülqoyma mərasimi keçirilib.
Mərasimə qardaş Türkiyə Respublikasının Moldovadakı Səfirliyinin diplomatı, yerli iş adamları və sakinlər, Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) üzvləri, çoxsaylı həmvətənlərimiz, Moldovada yaşayan müxtəlif icma nümayəndələri qatılıb.
Mərasimdə ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar çıxışlar səsləndirilib, dahi liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.
H.Əliyevin vəfatının on səkkizinci ildönümünə həsr edilmiş mərasim Heydər Əliyevin Səfirliyin qarşısındakı bağçada ucadılmış büstü önünə qonaqlar tərəfindən gül dəstələri qoyulması ilə yekunlaşıb.

Anım günü ilə əlaqədar səfirin müsahibəsi və Səfirlikdə keçirilmiş mərasimlə bağlı Moldovanın nüfuzlu “Noi”, “Tribuna”, “Deschide”, “TV8” və “Dosarmedia” xəbər agentliklərində yayımlanan məlumatla daha ətraflı aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:
- https://noi.md/ru/obshhestvo/posol-azerbajdzhana-nashi-narody-ocheni-pohozhi-trudolyubivye-gostepriimnye-shhedrye
- https://tribuna.md/ru/2021/12/12/a-18-a-aniversare-de-la-moartea-liderului-national-al-poporului-azer-heydar-aliyev/
- https://tribuna.md/2021/12/12/a-18-a-aniversare-de-la-moartea-liderului-national-al-poporului-azer-heydar-aliyev/
- https://tv8.md/2021/12/12/s-au-implinit-18-ani-de-la-moartea-liderului-national-al-poporului-azer-heidar-aliev/
- https://dosarmedia.md/ambasadorul-gudsi-osmanov-a-18-a-aniversare-de-la-moartea-liderului-national-al-poporului-azer-heidar-aliev/
- https://tribuna.md/ru/2021/12/13/memoria-liderului-national-al-poporului-azer-heydar-aliyev-cinstita-in-moldova/
- https://tv8.md/ru/2021/12/13/v-moldove-pochtili-pamyat-obshhenatsionalnogo-lidera-azerbajdzhana-gejdara-alieva/
- https://dosarmedia.md/foto-memoria-lui-heidar-aliev-a-fost-onorata-in-moldova-eveniment-la-ambasada-azerbaidjanului/
- https://noi.md/ru/stolica/v-moldove-pochtili-pamyati-obshhenacionalinogo-lidera-gejdara-alieva
- https://dosarmedia.md/memoria-lui-heidar-aliev-va-fi-onorata-la-ambasada-azerbaidjanului-din-chisinau/
- https://tribuna.md/2021/12/13/memoria-liderului-national-al-poporului-azer-heydar-aliyev-cinstita-in-moldova/
- https://deschide.md/ru/russian_news/social_ru/97082/
- https://agora.md/stiri/94559/comunitatea-azera-cu-flori-la-bustul-lui-heidar-aliev-din-chisinau-diplomat-el-va-ramane-un-simbol-al-constructiei-azerbaidjanului-modern



