MN: “Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiya prosesi həyata keçiriləcək”

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, döyüş sursatlarının utilizasiya prosesi 04.04.2022-ci il tarixdən 09.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

“Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”, – nazirlikdən bildirilib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button