MN: Hərbçi snayperlə vurulub

Yayımlandı: 30 Sentyabr 2023 18:47

Ermənistan silahlı qüvvələrinin atəş açdığı bildirilir

Azərbaycan Ordusunun əsgəri Vüsal Xeybalı oğlu Orucov həlak olub.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonu (Vardenis)  Zərkənd (Kut) yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Kəlbəcərin Aşağı Ayrım istiqamətində snayper silahından atəş açılıb. Nəticədə hərbçi Vüsal Orucov həyatını itirib.

Ermənistan Müdafiə Nazirliyi deyilənləri təkzib edir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button