MN: 3 hərbçi qəzada həlak olub

Yayımlandı: 13 Sentyabr 2023 22:03

Faktla bağlı araşdırma aparıldığı bildirilir

Azərbaycan Ordusunun 3 əsgərinin yol qəzasında həlak olduğu bildirilir.

Müdafiə Nazirliyinin məlumatına görə, hadisə sentyabrın 13-də baş verib. Məlumatda deyilir ki,  çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Saleh oğlu Əliyev, Elgün Elşad oğlu Həsənov və Nihad Kamrəddin oğlu Namazov həlak olub.

Faktla bağlı araşdırma aparıldığı bildirilir.

Meydan TV həlak olan hərbçilərin ailələri ilə əlaqə yarada bilməyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button