Mirzoyan yaxın vaxtlarda Ceyhun Bayramovla görüşəcəyini bildirib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla yaxın zamanlarda görüşəcəyini deyib.

“Sputnik Armenia” xəbər verir ki, o, bu barədə parlamentdə çıxışında deyib.

Mirzoyan danışıqların aparılması ilə bağlı partnyorlar, vasitəçilər və beynəlxalq aktorlardan çoxlu təkliflər aldıqlarını deyib.

Nazir Ermənistan və Azərbaycanın birbaşa və üçüncü ölkələr vasitəsilə kontaktda olduqlarını da vurğulayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button