
Milli Şura üzvlərinin Şəhidlər Xiyabanını ziyarətinə maneə yaradıblar
Ziyarətçilər arasında saxlanılanlar var
Yanvarın 20-də Demokratik Qüvvələrin Milli Şurası üzvlərinin Şәhidlәr Xiyabanını ziyarәtinə maneә yaradıblar. Milli Şuranın xiyabana öz tәrәfdarları ilә birlikdә, tam heyәtlә getmәsinә imkan vermәyiblәr.
Bu barədə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn məlumat verib.
fotolar sosial şəbəkə
O, 20 saylı məktəbin qarşısında AXCP sədri Əli Kərimlinin qarşısının kəsildiyini, 10 nəfərdən çox adamın saxlanıldığını bildirib:
“Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli, AXCP üzvləri Ceyhun Arif, Elvin Əliyev, Bəşir Tanrıverdi, Amil Məmmədzadə, Allahşükür Məmmədov, Faiq Abışov, Həsən Həsənli, Solmaz Əlıyeva, Sahib Rüstəmli, Həsən Baxışov, Müşfiq Həsənbəyli və blogger Fatimə Mövlamlı Yasamal Rayon Polis İdarəsinə aparılıblar”.
İlham Hüseynli bildirib ki, Xiyabana gedәn yolda qurulmuş sәddәn AXCP sәdri Әli Kәrimli vә bir neçә nәfәri buraxandan sonra qalan ziyarәtçilәrin qarşısını kәsiblәr. Mәqsәd Milli Şura üzvlərinun şәhidlәri izdihamla ziyarәt etmәsinin qarşısını almaq olub.
20 Yanvar faciəsindən 29 il ötür. Bu gün ölkədə Milli Matəm Günüdür.



