Milli Məclisdə qazilərə verilən müavinətlərin məbləğinin artırılması təklif edilib

“Qazilərin də heç olmasa “bir abbasi”lərini verin”. Bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 13-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, qazilərə verilən müavinətlərin məbləğinin artırılması məqsədəuyğun olardı:

“Həmişə müdafiə etdiyim qazilərin “bir abbasi”sinin verilməsini xahiş edirəm. İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Qaziləri bununla sevindirmək olar. Bununla onların rifah halını yaxşılaşdırmaq olar”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button