
Milli Məclis gələn ilin ehtiyac meyarını II oxunuşda qəbul edib: 200 manat
Milli Məclisin bu gün keçirilən iclasında “2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilib. Layihə II oxunuşda təsdiqlənib.
Xatırladaq ki, bundan əvvəl verilən xəbərlərdə qeyd olunurdu ki, 2022-ci il üçün yaşayış minimumu 205 manat məbləğində proqnozlaşdırılıb. Bu da 2021-ci illə müqayisədə 9 manat çox idi. 2021-ci ildə yaşayış minimumu 196 manat olub. “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən isə gələn il ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyənləşdirilib.
2020-ci ildə ehtiyac meyarının həddi 170 manat olub.



