
“Milli genişzolaqlı internetin inkişafı” layihəsi müvafiq qurumlarla razılaşdırılır
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2013-2015-ci illərdə ölkənin hər bir yaşayış məntəqəsində (hətta ən ucqar kəndlərdə) fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan “Milli genişzolaqlı internetin inkişafı” layihəsi hazırlanıb.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, layihə “Booz&Co” telekommunikasiya sahəsi üzrə aparıcı xarici məsləhətçi şirkət tərəfindən qiymətləndirilmişdir. Hazırda sənədlər müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir.
Azərbaycanda hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə bərabərdir.




