Millət vəkili Fazil Mustafadan şok açıqlama: “Zəfər hiss olunmur!” -VİDEO
"Şəhid qanı üzərindən pul qazanmaq istəyənlər var..."
Xəbər verdiyimiz kimi, Milli Məclisin daha bir neçə komitəsində gələn ilin büdcəsinin müzakirəsi yekunlaşıb.
Xural.com -un məlumatına görə, Milli Məclisin komitələrinin birgə keçirilən iclaslarında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa şok açıqlamalarla çıxış edib.
Vergilər nazirliyinə kitab və kitab məhsullarına qoyulan 18 faiz vergi rüsumunun götürülməsini müsbət hal kimi dəyərləndirən millət vəkili bunu “tarixi hadisə” kimi qiymətləndirib. “Gerçək işə gedən vəsaitlə, gerçək cibə gedən vəsaiti ayırmaq və cibə gedən vəsaitin qarşısını almaq üçün büdcənin əsas xərcləri təhsilə ayrılmalıdır”, deyən Fazil Mustafa hesab edir ki, yüksək təhsil insanların elmi biliyinin, dünyagörüşünün artırılmasına xidmət edəcək. Bu baxımdan hər şeydən əvvəl təhsil problemini həll olunmalıdır ki, başqa sahələrdə də irəliləyiş əldə edə bilək.
“Büdcəyə nəzarət mexanizmi gücləndirilməlidir”,- deyən millət vəkili, “Qarabağ müharibəsindən sonra bizim heç bir bəhanəmiz olmamalıdır. Ümumiyyətlə məsuliyyətimiz fərqli olmalıdır. Biz bunu hiss etmirik. Qarabağda tender əldə etmək üçün ciddi təşəbbüs göstərənlər, pul qazanmaq istəyənlər var. Halbuki şəhid qanların üzərindən biz fərqli bir cəmiyyət qurmalıyıq”… – deyib.
Millət vəkili Fazil Mustafanın çıxışını tam şəkildə videodan izləyə bilərsiniz.



