Milan Kundera 94 yaşında vəfat edib

Yayımlandı: 12 İyul 2023 13:49

Yazıçı 1975-ci ildən Fransada yaşayırdı

Çex əsilli fransız yazıçı Milan Kunderanın 94 yaşında vəfat etdiyi bildirilir.

Yazıçının iyulun 11-də həyatını itirdiyi bildirilir.

Milan Kundera 1929-cu ildə keçmiş Çexoslovakiyanın Brno şəhərində doğulub.

1968-ci ildə kommunist ölkəsindən mühacirət edən Kundera sonlaralar vətəninə qayıtmayıb və Çexiyada əsərlərinin nəşrini qadağan edib.

1975-ci ildən Fransada yaşamağa başlayıb.

1990-cı ilin əvvəllərindən əsərlərini fransızca yazmağa başlayıb.

Kundera yaradıcılığa şair kimi başlayıb, 50-ci illərdə “İnsan: Böyük bağ” (1953), “Sonuncu may” (1955), “Monoloqlar” (1957) adlı poetik toplularını nəşr etdirib.

1962-ci ildə “Açarçılar” adlı pyesini yazıb.

Həmin vaxtı nəsrlə ciddi məşğul olan Kunderanın novellaları, romanları və esseleri müəllifə şöhrət qazandırıb.

“Gülməli əhvalat” (1963-1968) novellalar toplusu, “Zarafat” (1965), “Burda olmayan həyat” (1973), “Gülüş və yaddaş kitabı” (1978), eyni zamanda “Mövcudluğun dözülməz yüngüllüyü”, “Ölməzlik”, “Arxayınlıq” romanları dünyada tanınıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button