
Mikayıl Cabbarova yeni müşavir təyin olundu
Yeni müşavir daha əvvəl Hesablama Palatasında çalışıb

İqtisadiyyat naziri Mikayıl Cabbarova yeni müşavir təyin olunub.
Xural.org “qafqazinfo”ya istinadən xəbər verir ki, bu vəzifə Hüseyn Hüseynova həvalə olunub.
Hüseyn Hüseynov bu barədə feysbuk sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Qeyd edək ki, H.Hüseynov bu təyinatadək İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb.
Daha əvvəl isə yeni müşavir Hesablama Palatasında çalışıb.



