MƏŞHUR VƏKİLLƏR ZABİL QƏHRƏMANOVUN MÜDAFİƏSİNƏ QOŞULDULAR

Bəhruz Bayramov və Aqil Layic...

Gəncə polisi tərəfindən həbs edilən vəkil Zabil Qəhrəmanovun barəsində Gəncə şəhər Məhkəməsinin hakimi Liza Xanməmmədovanın seçdiyi həbs qətimkan tədbirindən apellyasiya şikayətinə bugün baxılacaq.

Xural.org xəbər verir ki, bu barədə Gununsesi.info-ya onun vəkili Əziz Qənbərli deyib.
Onun sözlərinə görə, həmkarının apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində hakim Əlzamin Abdullayevin sədrliyi ilə baxılacaq.

Əziz Qənbərli onu da bildirib ki, tanınmış vəkillər Bəhruz Bayramov və Aqil Layic də Qəhrəmanovun müdafiəsinə qoşulub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button