Meşəlidəki qətllərdə günahlandırılan Xaçatryanın məhkəməsi başlayıb

1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlıların kütləvi qətli və deportasiyasının təşkilində təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsi başlayıb.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ona hüquq və vəzifələri izah edilib.

Xaçatryanın hüquqlarını vəkil Natiq Bəybalayev müdafiə edəcək. Məhkəmənin baxış iclasını oktyabrın 17-nə təyin ediblər.

68 yaşlı Xaçatryan iyulun sonlarında saxlanıb. Onun “Qırmızı Xaç” təşkilatının müşayiəti ilə müalicə üçün Ermənistana getdiyi bildirilirdi. O zaman Ermənistan XİN Azərbaycanı beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda günahlandırıb, Qarabağ sakininin saxlanmasını “adam oğurluğu” adlandırıb.

Xaçatryan Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilir. Özünün ittihamlara münasibəti bəlli deyil.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button