
MEHDİYEVİN GİZLİ TOPLANTILARINI KEÇİRDİYİ VİLLANI EKS DEPUTAT TAPDI
Villa Xızı rayonunun Qızılqazma kəndində yerləşir...

Eks-deputat Etibar Hüseynov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Xızı rayonunun Qızılqazma kəndində yerləşən villasını çəkib.
Xural.org Bakupost.az -a istinadən xəbər verir ki, E.Hüseynov villanın kəndin girişində olduğunu diqqətə çatdırıb.
Sabiq deputat qeyd edib ki, villa 2 mərtəbədən və köməkçi binadan ibarətdir. O bildirib ki, şahidlərin sözlərinə əsasən, Ramiz Mehdiyev Xızıdakı bağına adətən helikopterlə gəlirmiş.
Villanın ətrafında isə bəzi sabiq və indiki nazirlərin mülkləri var. Mehdiyevin onlarla gizli toplantıları bu villada keçirdiyi bildirilir.



