
Mehdiabad sakinlərinin yol dərdi – MEYDAN.TV
Yayımlandı: 2 Oktyabr 2023 13:07
Mehdiabad qəsəbəsində Pərviz Musayev küçəsinə çatan kimi asfalt yol kəsilir. Sakinlər kələ-kötür, palçıqlı yollarla evlərinə getməli olurlar, Həsənquliyevlər kimi. Nazim Həsənquliyev yoldaşı və nəvələri ilə birgə qəsəbənin mərkəzindən bazarlıq edib. İndi Niyazi küçəsinə – evinə 2 kilometr piyada getməlidir.



