Matyenin Rusiya-Ukrayna münaqişəsində “Mandela” axtarışı

Yayımlandı: 11 Avqust 2023 12:20


“Danışıqlarda daha yüksək rütbəli vasitəçi Mandela kimi biri olmalıdır”

“Fransız musiqisinin səfiri” kimi tanınan müğənni Mirey Matye Rusiya-Ukrayna münaqişəsindən danışıb.

O, “Nice-Matin” qəzetinə verdiyi müsahibəsində Kiyev xalqını dəstəkləyən çıxışlar etmək istəmədiyini, həmçinin Rusiyada da konsert verməkdən yayındığını deyib.

Müğənni hazırkı vəziyyətdə siyasətə qarışmaq istəmədiyini bildirib.

Matye Ukraynadakı müharibədən danışarkən diqqəti daha çox silah tədarükünə deyil, sülhə yönəltməyə çağırıb.

Müğənni həmçinin Fransa Prezidenti Emmanuel Makronun sülh danışıqlarında vasitəçi roluna uyğun olacağına şübhə etdiyini bildirib.

“Danışıqlarda daha yüksək rütbəli vasitəçi Mandela (Cənubi Afrikanın keçmiş prezidenti Nelson Mandela) kimi birinin olmasını görmək istəyərdim. Təəssüf ki, Emmanuel Makronun belə bir vasitəçi olacağına şübhə edirəm”, – ifaçı deyib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button