“Maşın” şounun başlayacağı tarix bəlli oldu

Hamının maraqla gözlədiyi “Maşın” şou may ayının 29-da yenidən tamaşaçı qarşısına çıxacaq.

Kult.az xəbər verir ki, bu barədə yarışmanın rəsmi İnstaqram səhifəsində məlumat yayılıb.

Müəllif və aparıcısı Murad Dadaşov olan veriliş saat 22:15-də ATV kanalında yayımlanacaq. Layihədə kimlərin iştirak edəcəyi hələlik gizli saxlanılır.

Qeyd edək ki, bu il “Maşın” şounun 16-cı buraxılışı baş tutacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button