Mariya Zaxarova növbəti dəfə yeri-göyü bir-birinə qatdı

Bu barədə RF XİN-in mətbuat katibi Mariya Zaxarova noyabrın 13-də keçirilən brifinqdə bildirib.

“Biz Qərbdən fərqli olaraq, Cənubi Qafqazın təhlükəsiz, sabit və firəvan olmasında maraqlıyıq. Orada biz varıq. Bizim maraqlarımız təbii, tarixi, iqtisadi, humanitar və maliyyə maraqlarıdır”.

Rusiya tərəfi regionda möhkəm sülhə və firəvanlığa nail olmaq məqsədilə bundan sonra da azərbaycanlı və erməni tərəfdaşlarına ən yüksək səviyyədə üçtərəfli razılaşmalar əsasında hərtərəfli köməklik göstərməyə hazırdır, deyə o bildirib.

“Üçtərəfli əsaslarla fəal iş gedərkən geniş məsələlər dairəsi üzrə ciddi nəticələr əldə olunub. Belə ki, 2023-cü ilin iyununda Üçtərəfli İşçi Qrupu çərçivəsində biz, demək olar ki, regionda nəqliyyat marşrutlarının bərpasına yaxın idik. Lakin Qərbin təzyiqi ilə Yerevan qrupda, daha sonra isə bütün üçtərəfli formatlarda iştirakını “dondurub””, deyə Zaxarova qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button