MAHİR CAVADOV PSİXİATRİYA XƏSTƏXANASINDA MÜALİCƏ OLUNUR

Onun ailəsi və Azərbaycandakı qohumları ilə əlaqəsi yoxdur

Bakı şəhəri Xətai rayonunun keçmiş prokuroru Mahir Cavadov psixiatriya xəstəxanada müalicə olunur.

Xural.org xəbər verir ki, bu barədə “Yeni Sabah”a “Xudafərin” jurnalının baş redaktoru, Azərbaycan Dostları Cəmiyyətinin sədri Elman Mustafazadə verib.
Onun sözlərinə görə Mahir Cavadovun ailəsi və Azərbaycandakı qohumları ilə əlaqəsi yoxdur.
E.Mustafazadə sabiq prokurorun 1995-ci ildən mühacirətdə olduğu Avstriyanın Zalsburq şəhərindəki psixiatriya xəstəxanasında bir ildən artıqdır müalicə aldığını deyib.
Xatırladaq ki, M.Cavadov keçmiş XTPD-nin (“OMON”) rəhbəri Rövşən Cavadovun qardaşıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button