
“Məzun evi”: “Binanı su basır, lift işləmir, istilik verilmir…”
Yayımlandı: 22 Noyabr 2023 15:21
Bura valideyn himayəsindən məhrum olunmuş şəxslər üçün Masazır qəsəbəsində tikilən “Məzun Evi”dir.
2015-ci ildə istifadəyə verilən üç hündürmərtəbli bina Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansındadır. Sakinlər deyir ki, ilk 2 ildə hər şey qaydasında olub. Amma sonradan problemləri günü-gündən artıb.
Yağış yağanda zirzəmiləri su basır, liftlər və istilik sistemi işləmir, küləkli havalarda işıqlar kəsilir, həmçinin əlillər üçün pandus problemi var.



