Məşhur sovet filminin davamı çəkiləcək

elektronika1980-ci il mayın 2-də Sovet İttifaqında “Elektronikin macəraları” filmi ekranlara çıxmışdı.

Filmdə Elektronik və Sıroyejkin rollarını ifa etmiş Torsuyev qardaşları isə SSRİ-də ən populyar əkizlərə çevrilmişdilər.

35 il sonra filmin davamı çəkiləcək. Bu barədə filmin rejissoru, indi 75 yaşı olan və Amerikada yaşayan Konstantin Bromberq məlumat verib.

Yeni ssenaridə Sıroyejkin artıq böyüyüb. Rusiyada tanınmış alimdir. Elektronik isə olduğu kimi qalıb. Axı o robotdur.

Onlar bir yerdə yer kürəsini asteroidlərdən necə qorumaq üzərində işləyirlər. Mafiya və beynəlxalq terror təşkilatları isə yenə də Elektroniki oğurlamaq istəyirlər.

Əslində filmin davamını çəkmək ideyası 2003-cü ildən mövcuddur. O zaman sponsorluğu neft maqnatı Xodorkovski öz üzərinə götürmüşdü. Amma onun həbsə düşməsi səbəbindən layihə bağlanmışdı.

İndi isə sponsor tapmaq işinə Rusiyanın 1-ci kanalı girişib – maliyyə üçün Mədəniyyət Nazirliyinə müraciət edib.

Elektronik roluna – Torsuyevlərə bənzəyən yeniyetmə çəkiləcək. Elektroniki oğurlamaq istəyən Urri rolunda isə tamaşaçılar yenə də Nikolay Karaçentsovu görəcəklər. Bu dəfə o, Elektronikin tərəfindədir. Aktyor bir neçə il əvvəl ağır yol qəzasında nitqini itirdiyi üçün seraridə də dəyişiklik edilib. O, filmdə danışmayacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button