Məhkumsuz və vəkilsiz məhkəmə: Saakaşvilinin işinə baxırlar

Gürcüstanın paytaxtı Tbilisidə sabiq prezidenti Mixeil Saakaşvilinin məhkəməsi başlayıb.
Saakaşvilinin vəkilləri hüquqlarını müdafiə etdiyi şəxsin məhkəməyə gətirilməsi barədə vəsatət qaldırıblar.
Lakin hakim Nino Elieşvili vəkillərin qaldırdığı vəsatəti rədd edib.
Hakimin Saakaşvilinin hüquqlarını qoruyan Nika Qvaramiya və Dito Sadzaqlişvilinin iclasa buraxılmasını rədd etməsindən sonra sabiq prezidentin zalda olan vəkilləri Beka Basilaya və Şota Tutberidze də etiraz əlaməti olaraq məhkəməni tərk ediblər.

Gürcüstanın sabiq prezidentinin həbsi

Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onu üç məhkəmə instansiyası parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və “Gürcüstan Birləşmiş Bankı”nın əməkdaşı Sandro Qirqvlianinin işinə görə müqəssir bilib.
Ona qarşı həmçinin:
* Dövlət Mühafizə Xidmətinin 9,2 milyon larisini xərcləmək,
* 2007-ci il noyabrın 7-də aksiyanın dağıdılması,
* “İmedi” telekanalının dağıdılması,
* mərhum milyoner Badri Patarkatsişvilinin əmlakına yiyələnmə kimi ittihamlar irəli sürüblər.
Prokurorluqdan bildirilib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsi hələlik müzakirə olunmur və cəzasını vətənində çəkəcək.
Oktyabrın 1-də Rustavi həbsxanasına aparılan Mixeil Saakaşvili elə həmin axşam özünə qarşı irəli sürülən hökmlə razı olmadığını, özünü siyasi məhbus hesab etdiyini bildirərək aclıq elan edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button