“Location” gecə klubunun sahibi məlum oldu

Klubu icarəyə götürən Rəsul Rəsulovdur...

Bu gecə partlayışın baş verdiyi Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Location” gecə klubunun kimə məxsus olması məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, gecə klubunun yerləşdiyi mülkiyyət Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Umbayev Ağa Tofiq oğluna məxsusdur.

Lakin ümumi sahəsi 170 kv.metr olan mülkiyyəti Rəsul Rəsulov icarəyə götürərək gecə klubu kimi işlədib.

Qeyd edək ki, “Lacation” gece klubu martın 19-da fəaliyyətə başlayıb. Klubu icarəyə götürən Rəsul Rəsulov İnstaqramda tanınmış bloqerdi.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button