Lavrov fevralın 27-28-də Azərbaycana səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 27-28-də Azərbaycana səfər edəcək.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Ceyhun Bayramov Lavrovun Azərbaycana planlaşdırılan səfəri barədə açıqlama verib

“Gələn həftənin əvvəli Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri planlaşdırılır. Rusiya-Azərbaycan gündəliyi genişdir, hər zaman yığılmış məsələlər var ki, onları vaxtaşırı müzakirə etməyə ehtiyac var”.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, rusiyalı həmkarı ilə görüşdə həm ikitərəfli münasibətlər, həm də regional məsələlər müzakirə ediləcək:

“Düşünürəm ki, bu görüş yaxşı fürsət olacaq. İkitərəfli münasibətlərimizə əlavə olaraq bölgədəki məsələlər də müzakirə predmeti olacaq”.

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button