Ləman Qasımlı lüğətimizi dəyişdirdi

"Hörümçək" sözünü spaider"lə əvəzlədi

Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətindən “hörümçək” sözü çıxarılıb, əvəzinə lüğətə “spayder” sözü salınıb. Hörümçək sözünün kökündə HÖRMƏK dayanır, anlaşılandır, bu həşəratın əsas xüsusiyyətini özündə əks etdirir.
Hörümçək deyəndə ilk növbədə ağlımıza onun hördüyü tor gəlir, hörmək xüsusiyyəti gəlir. SPAYDER nədir bəs? Lüğətə “spayder” sözünü əlavə edən Ləman Qasımlı “demokrat.az”a açıqlamasında məsələyə belə münasibət bildirib:
“Spayder” sözünü lüğətə ona görə əlavə etmişəm ki, ölkəmizdə də məlum cizgi filmi qəhrəmanına görə çox işlək hal alıb. Bu xüsusən uşaqlar arasında işlək sözdür. Ona görə bu sözü lüğətə saldım”.
Hadisə sosial mediada böyük narazılıqla qarşılanıb və ictimai xadimlər tərəfindən qınanılıb.
“Gələn ay da DƏMİR sözünü AYRON (İRON)la əvəz edərlər və açıqlama verərlər ki, ölkəmizdə “İRON MAN” cizgi filminə görə bu söz işlək hal alıb. Bu düşüncədə olan adamlara, bu boyda xalqın lüğətinə barmaq eləmək, müdaxilə eləmək, söz çıxarıb, söz salmaq hüququnu kim verib?!”
AzTV-nin uzun illər əməkdaşı olan, dilçilik üzrə mütəxəssis, Bakı Dövlət Universitetinin professor Qulu Məhərrəmli öz facebook profilində yazır:
“Bu, zarafat deyil. İki akademikin (M.Nağısoylu və İ.Həbibdəyli) başında turp əkdiyi Orfoqrafiya lüğətinin qüsuru təkcə “hörümçək” olsaydı, bizim nə dərdimiz…”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button