Kərim Vəliyevə general-polkovnik rütbəsi verildi

General-leytenant Kərim Tofiq oğlu Vəliyevə “general-polkovnik” ali hərbi rütbəsi verilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Azərbaycan Müdafiə nazirinin birinci müavini. Azərbaycan Respublikası müdafiə nazirinin şəxsi heyət üzrə sabiq müavini — Şəxsi Heyət Baş İdarəsinin sabiq rəisi Kərim Tofiq oğlu Vəliyev 9 fevral 1961 ildə Bakıda anadan olub. 1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib. 1990–1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.

1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 14.05.2014 tarixli Sərəncamı ilə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, 24.06.2005-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı və 25.06.2012-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Ailəlidir, iki övladı var.

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button