
Kəndləri sel basdı: Xeyli heyvan tələf oldu!
Kəpəz TV (Region TV) xəbər verir ki, Tovuzun Qovlar qəsəbəsinə dolu düşüb. Nəticədə bəzi evlərin dam örtüyü zədələnib. Daha çox ziyan görən isə kartof sahələri və çiçəkli ağaclar olub. Kənd sakinlərinin sözlərinə görə, qəfildən başalayan dolu 20 dəqiqəyə yaxın davam edib, ardınca isə leysan yağıb. Qərb bölgəsinin digər rayonlarına da leysan yağıb.
Leysan, əsasən, Samux rayonun Kür ətrafı kəndlərinə, həmçinin rayonun Gürcüstanla sərhəddə olan aşağı Eldar adlanan ərazidə yerləşən Burunqovaq, Salahlı və digər kəndlərdə fərdi təsərrüfatlara ciddi ziyan vurub.
Şəmkirin bir neçə kəndində də leysan şəxsi təsərrüfatlara ziyan vurub. Ötən gün axşam saatlarından başlayaraq dağlardan axıb gələn su kəndlərdə ciddi fəsadlar törədib.
Şəmkirin Seyfəli kəndində evləri və həyətyanı sahələri basıb. Kənd yolları yararsız hala düşüb. Xeyli sayda iri və xırda buynuzlu heyvan tələf olub.
Samuxun kür qırağı kəndlərində də eyni mənzərə yaşanıb. Yenikənd Lüksemburq kəndlərində və Qırmızı Samux qəsəbəsində sel evlərə və fərdi təsərrüfatlara dolub.
Gecə saatlarından başlayaraq hər iki rayonunun Fövqəladə Hallar Komissiyası bütün qüvvə və bacarıqları səfərbər ediblər. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.



