Kəlbəcər rayonunun Yellicə kəndindən videogörüntülər – VİDEO

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Yellicə kəndindən videogörüntülər paylaşıb. 

Yellicə kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə qonşu Keşdək kəndindən köçmüş ailələr Yellicə adlı binə yerində saldığı üçün belə adlandırılıb. Oykonim “yelli, küləkli yer” mənasındadır.

1993-ci ildə ermənilərin silahlı dəstələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Yellicə kəndi 25 noyabr 2020-ci ildə boşaldılıb.

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button