Kreml Putin və Ərdoğan arasında telefon danışığı olacağını təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə dekabrın 3-də telefonla danışacaq.
Rusiya və Türkiyə prezidentlərinin telefon danışığına hazırlıq gedir. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığının dekabrın 3-də baş tutacağını söyləyib.

RİA “Novosti” agentliyi xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin Latviyanın Riqa şəhərində keçirilən iclasından sonra açıqlama verib.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button