KREML ESTONİYANI HƏDƏLƏDİ

"Estoniyaya nüvə zərbəsi endirərik"

Əgər Estoniyanın Rusiyaya hədəflənmiş nüvə silahı olsa, Rusiya da cavab olaraq onları hədəfə alacaq.

Xural.org axar.az-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya Estoniyanı və ya digər ölkələri təhdid etmir, lakin təhlükəsizliyini təmin etmək üçün həmişə lazım olanı edəcək. Estoniya bunu anlamalıdır”, – Peskov bildirib.

Estoniyanın müdafiə naziri Marqus Tsaxna qərar qəbul edilərsə, Tallinin NATO-nun nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsinə icazə verə bilcəyini demişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button