
Korrupsiya idarəsi BNA-da əməliyyat keçirir
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyat keçirir.
Məlumatı “Turan” Agentliyinə Baş Prokurorluğun Mətbuat xidmətindən də təsdiq ediblər.
Baş Prokurorluqdan qeyd olunub ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.
Amma məsələ ilə bağlı BNA-a ilə ayrıca danışmaq mümkün olmayıb.
BNA 2015-ci il dekabrın 21-də Prezidentin Fərmanı ilə Nazirlər Kabineti yanında yaradılıb. Fərman nəqliyyat sahəsində islahatların keçirilməsi ilə əsaslandırılıb. Bir il sonra onun əsasında “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılıb.



