Konstitusiya Məhkəməsi “Xarici təsirin şəffaflığı” qanunu ilə bağlı vəsatəti təmin etməyib

Yayımlandı: 9 Oktyabr 2024 15:51

Prezidentin və müxalifətin iddiaları baxılması üçün qəbul olunub

Konstitusiya Məhkəməsi “Xarici təsirin şəffaflığı haqqında” qanunu qüvvədə saxlayıb, lakin iddiaları (Gürcüstan Prezidentinin, müxalifətin, qeyri-hökumət sektorunun və medianın) baxılması üçün qəbul edib. Müvafiq mesaj Konstitusiya Məhkəməsinin saytında dərc olunub.
Ərizəçilər iddialara baxılarkən qanunun qüvvəsinin dayandırılmasını istəyiblər.

Bu arada Konstitusiya Məhkəməsi iddialara mahiyyəti üzrə baxmağa başlayacaq.

İddiaçılar hesab edirlər ki, qanunun qəbulu Gürcüstan Konstitusiyasının əsas prinsiplərinə ziddir və Gürcüstanın Avropa İttifaqına daxil olmasına mane olur.

Gürcüstan Konstitusiya Məhkəməsinə (Batumidə) avqustun 29-dan 31-dək Rusiyanın xarici agentlər haqqında qanununun analoquna qarşı 4 iddia qaldırılıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button