
Konqo prezidenti Azərbaycana gəlib
Konqo Respublikasının prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Azərbaycana gəlib.
Onun prezident İlham Əliyev və digər rəsmilərlə görüşləri gözlənir.
Hazırda Konqo Respublikası kimi tanınan ərazi 1880-ci illərdən Fransanın müstəmləkəsi olub. 1960-cu ildə Konqo Respublikası müstəqilliyini elan edib.
Hazırda Azərbaycan və Fransa arasında münasibətlərdə gərginliklər müşahidə edilir. Rəsmilərin dilindən bir-birlərinə qarşı tənqidi fikirlər səslənir.
Fransanın bəzi rəsmiləri Bakını etnik, insan hüquqları ilə bağlı pozuntularda, Azərbaycan rəsmiləri isə Fransanı bır sıra Afrika xalqlarına münasibətdə istismarçılıqda günahlandırırlar.



