Konfrans Liqası: “Qəbələ” Kipr klubuna uduzub

Yayımlandı: 27 İyul 2023 22:11

Qəbələdəki oyunda qapılara beş qol vurulub

“Qəbələ” klubu iyulun 27-də UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə ilk oyununu keçirib.

Qəbələ təmsilçisi Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda doğma meydanda Kiprin “Omoniya” komandasını qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma saat 20:00-da başlayıb.

Oyun “Qəbələ”nin məğlubiyyəti ilə yekunlaşıb. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda “Omoniya”ya 2:3 hesabı ilə uduzub.

Komandalar arasında cavab görüşü avqustun 3-də Kiprdə keçiriləcək.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button