
KİV, xarici səfirliklər, beynəlxalq və yerli jurnalist və insan haqları təşkilatlarının nəzərinə!
Sizin demokratik dəyərlərə, azad və müstəqil mətbuatın inkişafına, insan haqlarının müdafiəsinə verdiyiniz töhfələrə əsaslanaraq, heç bir əsas olmadan, siyasi sifarişlə həbs olunmuş “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının məhkəmə proseslərində nümayəndənizin iştirakını təmin etməyinizi xahiş edirik.
1. Növbəti məhkəmə prosesi iyunun 6-da saat 15.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın icraatında keçiriləcək. Bu məhkəmə, əsassız iddia ilə Ə.Zeynallının 8 aydır ki, həbsdə saxlanmasına səbəb olub.
2. Digər məhkəmə prosesi “Xırdalan Pivə” – Bakı-Baltika MMC -nin baş direktoru Adam Tlexurayın “Xural” qəzeti və qəzetin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırdığı iddiadan qarşı tərəfin verdiyi apellyasiya şikayətidir.
Ona iyunun 7-də saat saat 15.00-da Bakı Apellyasiya Məhkəməsində hakim İlham Əsədovun icraatında baxılacaq.
Məhkəmələrdə iştirak edəcəyinizə ümid edərək, əvvəlcədən öz təşəkkürümüzü bildiririk.
Email: mnecefova@rambler.ru




