KİV: “Paşinyan gələcəkdə anti-Rusiya etiraz dalğasının güclənməsi üzrə öhdəlik götürüb”

“Ermənistanın baş naziri Nikol Paşinyan gələcəkdə anti-Rusiya etirazlarının güclənməsi ilə bağlı Dilicanda komanda üzvləri ilə görüşdə öhdəlik götürüb”. Bu barədə Ermənistanda çıxan “Past” qəzeti bildirib.

Qeyd edilib ki, hakimiyyət bu prosesə artıq “biz heç kimdən asılı deyilik” deməklə başlayıb.

Nəşrdə vurğulanıb ki, Portuqaliyanın Lissabon şəhərində keçiriləcək görüşün əsas istiqamətləri artıq məlumdur: “Ermənistan hakimiyyətinin Qarabağa heç bir aidiyyəti yoxdur”, “Biz Qarabağ adına danışmaq üçün mandat almamışıq” və s.

Qəzet əldə etdiyi məlumata əsasən bildirib ki, Ermənistan hökuməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq məsələsini nəzərdən keçirir.

Qeyd edək ki, iyulun 12-də Lissabonda Azərbaycanla Ermənistan arasında danışıqların növbəti raundu olacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button