
KİBERDƏLƏDUZ HƏBS OLUNDU
İqbal Ağazadənin telegram hesabını ələ keçirən kibercinayətkar tutulub

“Az əvvəl DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən İsfəndiyar Abbasov zəng etdi, kiberdələduzun saxlanıldığını bildirdi. Pulum karta qaytarıldı”.
Xural.org gununsesi.info-ya istinadən xəbər verie ki, bunu jurnalist Ləman Ələşrəfqızı sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, bir gün əvvəl eks deputat İqbal Ağazadənin telegram hesabını ələ keçirən kibercinayətkarlar onun adından Ləman Ələşrəfqızından 600 manat pul alıb.
Jurnalist deyib ki, cinayətkarın kimliyini hələlik bilmir:
“Amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq. Hələliksə, cənab nazir Vilayət Eyvazova, Elşad Hacıyevə və DİN-in bu işdə əməyi keçən bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. Bu gün -2 iyul Polis günündə belə Azərbaycan polisi işinin başında olduğunu göstərdi və məni sevindirə bildi. Allah da onları sevindirsin”.



