Kemerköy İstilik Elektrik Stansiyası təhlükədə

Muğlanın Milas rayonundakı yanğın, Kemerköy İstilik Elektrik Stansiyasının ərazisinə sıçrayıb.

Elektrik naqillərindən qığılcımlar çıxdığından, həyəcanverici siqnal işə düşüb. Bölgədə elektrik enerjisinin verilişi dayandırılıb. Yaxınlıqdakı yaşayış yerlərinin sakinləri təxliyyə olunub.

Qeyd edək ki, yanğın artıq nəzarətə götürülüb, təhlükəsizlik məqsədilə səhər saatlarında İES yaxınlığında xəndəklər qazılıb, nitrogen boşaldılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button