Keçmiş icra başçısına hökm oxundu

Xural.com xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Cəfərov 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Onunla birgə həbs edilən Tacəddin Novruzov və Natiq Kərimova 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev və Rəcəb Hüseynova 8 il 3 ay, Sərvər Məmmədova 2 il 6 ay həbs cəzası, Məhəmmədəli Surxayevə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, rüşvət almaqda ittiham edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button