Keçmiş diplomat həbs edilib

Keçmiş diplomat Emin İbrahimov inzibati qaydada həbs olunub.

Bu barədə onun vəkili Aqil Layıc bildirib. Onun verdiyi məlumata görə, E.İbrahimov sentyabrın 20-də İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycanın Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə 30 sutka həbs olunub.

Sentyabrın 20-də digər fəal Əmrah Təhməzovun da 30 sutka müddətinə həbs olunduğu bildirilir. Yaxınlarının verdiyi məlumata görə, o da İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirləndirilib.

Hər iki fəalın həbsinə səbəb kimi onların son günlər keçirilən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə yazdıqları statuslar göstərilir.

Hər iki şəxsin həbsi və yaxınlarının fikirləri ilə bağlı rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Sentyabrın 19-da rəsmi Bakı “lokal antiterror tədbirləri”nə başladığını elan edərək erməni silahlı qüvvələrinin Qarabağ regionundan çıxarılmasını tələb edib. Yerevan isə Qarabağda onların hərbi qüvvələrinin olmadığını, regionda “irimiqyaslı təcavüz”ün baş verdiyini bəyan etmişdi.

Döyüşlərdə hər iki tərəfdən itkilər olduğu bildirilir.

Sentyabrın 20-də isə hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button