Kanal 11  televiziyasının rəhbəri ilə əlaqə saxlamaq mümkün olmur

Kanal 11 internet televiziyasının rəhbəri Teymur Kərimovdan dekabrın 11-i səhər saatlarından xəbər almaq mümkün deyil.

Bu barədə onun yaxınları məlumat yayıb.

Onların sözlərinə görə, axırıncı dəfə T.Kərimovla səhər saat 12 radələrində əlaqə saxlamaq mümkün olub:

“Bundan sonra onun telefonuna zəng çatmayıb. Özü də evə və dostlarla təyin olunmuş görüşə gəlməyib”.

Yaxınları onun saxlandığını düşünür.

Kanal 11 internet televiziyasının yaydığı bəyanatda da T.Kərimovun saxlanıldığı güman edilir. Bu onun peşə fəaliyyəti ilə izah edilir. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından məlumat almaq mümkün olmayıb.

Azərbaycanda son 1 ayda 5 jurnalist həbs edilib. Onlar qaçaqmalçılıq və başqa qanunsuz əməllərdə ittiham edilsələr də həbslərini peşə fəaliyyətləri ilə izah ediblər.

Hərçənd, rəsmilər tez-tez ölkədə söz və mətbuat azadlıqların qorunduğunu vurğulayırlar.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button